Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin müəllimi Araz Aslanlının müəllifi olduğu “27-ci ilində Xocalı soyqırımı: səbəblər və nəticələr” başlıqlı məqalə Türkiyənin dövlət xəbər agentliyi olan Anadolu Agentliyinin rəsmi saytında yayımlanıb.
Məqalədə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən bəhs edilib, Xocalı soyqırımının uzunmüddətli planın və hazırlığın nəticəsi olduğu xüsusi vurğulanıb. Müəllif qeyd edib ki, Ermənistanın xarici dövlətlərin hərbi-siyasi dəstəyi ilə Xocalını işğal etməsi və burada soyqırım törətməsi daha sonra Azərbaycan ərazilərinin təxminən 20%-nin işğal edilməsinə gedən yolun başlanğıcını təşkil edib. Xocalı soyqırımının dünyada tanınması üçün dövlət tərəfindən görülən tədbirlərdən də söz açan UNEC-in müəllimi insanlığı qarşı törədilən bu soyqırımın tanınmasına dövlətlərin biganə qalmamasını bildirib.