A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "İqtisadiyyat və idarəetmə" kafedrasının və SABAH qruplarının müəllimi Aygün Abdulova, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının loqosunun hazırlanması üçün keçirilən müsabiqənin qalibi olub.

Belə ki, Azərbaycan Gənc Muəllimlər Assosiasiyasının loqosu Aygün Abdulovanın ideyası əsasında hazırlanaraq ictimaiyyətə təqdim edilib. Təqdimat mərasimi Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının 1-ci Forumunda baş tutub və Təhsil naziri Ceyhun Bayramov loqonun muəllifini təltif edib. Nazir çıxışında loqonun hazırlanması zamanı müəllifin diqqətə aldığı detalların, atributların mənasını yüksək qiymətləndirib. Ceyhun Bayramov, həmçinin qeyd edib ki, yeni loqo gənc müəllimləri bir təşkilat ətrafında sıx birləşdirəcək, onların gələcək fəaliyyətlərində stimul yaradacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay