UNEC-in Biznes və menecment fakültəsinin dekanı dos.Mirağa Əhmədov və "İqtisadiyyat və biznesin idarə edilməsi” kafedrasının müdiri dos.Sevər Məmmədova Education HUB tərəfindən təşkil olunan Gənclər üçün (sosial) sahibkarlıq təhsili konfransında iştirak ediblər.
Konfransda dos.Mirağa Əhmədov UNEC-də tədris olunan “sosial sahibkarlıq” fənninin tədrisindən, eləcə də UNEC-də yaradılmış Yunus adına Sosial Biznes Məktəbinin fəaliyyətindən danışıb. Dos. Sevər Məmmədova isə ölkədə sosial sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən söz açıb.
Tədbir iştirakçıları mövzu üzrə komanda layihəsi də həyata keçiriblər.