A

UNEC-in Rus İqtisad Məktəbində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib.

Tədbirdə Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov dahi lider Heydər Əliyevin təhsil, elm və mədəniyyət sahəsində apardığı çoxşaxəli fəaliyyəti haqqında çıxış edib.

Tədbirdə Heydər Əliyevin diplomatik-siyasi məharətinə dair real hadisələrdən bəhs edən beynəlxalq nüfuzlu jurnalistin videoxatirələri nümayiş etdirilib. Sonra Rus və Azərbaycan dillərində Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndirilib.

Sonda Heydər Əliyevin Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri haqqında fikirləri səsləndirilib və "Ölülər" əsərindən bir parça nümayiş olunub.

TOP XƏBƏRLƏR