A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə universitetdə təhsil alan əcnəbi tələbələrin Milli Azərbaycan Tarixi Muzeyinə ekskusiyası təşkil olunub.

Əcnəbi tələbələrə muzey haqqında ətraflı məlumat verərərk, bildirilib ki, Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub. 1920-ci ilin aprelində Azərbaycanda hakimiyyəti ələ almış bolşeviklər Tağıyev sarayını müsadirə etmiş, onun bir hissəsində Dövlət Tarix Muzeyi fəaliyyətə başlamışdı.

Sonda əcnəbi tələbələr muzeyin eksponatları ilə tanışlığından məmnun qaldıqlarını bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay