A

Noyabrın 24-dən 29-dək Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində İslam Əməkdaşlıq Təşkilatının “Avrasiya - I Beynəlxalq Gənclər Proqramı” çərçivəsində tədbir keçirilib.

Proqram, iştirakçılara beynəlxalq münasibətlər nəzəriyyəsi və praktikasında mövcud tendensiyaları İƏT-ə üzv dövlətlər nöqteyi-nəzərindən öyrətmək məqsədi daşıyıb. Həmçinin, iştirakçılara İƏT-in özü və hazırkı gündəliyi barədə məlumat verilib, onlar üçün səmərəli ünsiyyət və çoxtərəfli diplomatiya bacarıqları mövzusunda təlim və seminarlar təşkil edilib. Akademik tədbir çərçivəsində iqtisadi, humanitar, mədəni və sosial məsələlər üzrə üç müxtəlif komitə yaradılıb. İştirakçılar eyniadlı mövzularda tədqiqatlar aparıb, ksenofobiya və islamafobiyanın yaratdığı problemlərə dair təqdimatlarla çıxış ediblər.

Təlim və tədbirlərdə UNEC BMDM-in xarici magistrlarından Darshana Gurung (Nepal) və Bongumusa Mdluli (Esvatini) iştirak edib və fəallıqları ilə seçiliblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay