Azərbaycan Respublikasının Hesablama Palatası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2023-cü ilin 15-16 sentyabr tarixlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulur.
Konfransın keçirilməsində əsas məqsəd dayanıqlı inkişaf modelinə keçid şəraitində hesabatlılıq anlayışına yeni yanaşma, maliyyə göstəriciləri ilə yanaşı, qeyri-maliyyə, ekoloji, sosial və digər amilləri özündə ehtiva edən hesabatlılıq və nəzarət sisteminin qurulması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üzrə fikir mübadiləsi aparmaq və tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.
Yerli və xarici mütəxəssisləri konfransın işində iştirak etməyə dəvət edirik.
Məruzə və tezislər 2023-cü il 1 iyul tarixinədək qəbul edilir.
Tezislər 2 səhifədən, məruzələr isə 6 səhifədən çox olmamaqla, A4 formatda, 12 ölçüdə Arial şrifti ilə çap edilmiş şəkildə (2 nüsxə) elektron variantda (müəllifin soyadı, adı, atasının adı, iş yeri və vəzifəsi, elmi dərəcəsi, əlaqə telefonu dəqiq göstərilməklə) Auditorlar Palatasında qəbul olunur.
Ünvan: AZ1072, Bakı şəhəri, S.Y.Bakuvi küçəsi, 35; (Əlaqələndirici şəxs: Fəqan Qarayev – Təşkilat Komitəsinin üzvü; Telefonlar: (012)498-28-55; 055-727-74-77 mob.).
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.