16-17 noyabr 2023-cü il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda III Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Dövlət, biznes, təhsil və elm ictimaiyyətinin nümayəndələri beynəlxalq elmi-praktiki konfransa dəvət olunur.

Konfransın əsas məqsədi dövlət, özəl sektor, universitetlər və beynəlxalq təşkilatların müvafiq nümayəndələrini bir araya gətirərək, rəqəmsal iqtisadiyyat mövzusunda mövcud müasir trendlər ətrafında müzakirələr aparıb, qarşıda duran vəzifələri müəyyən etməkdir.

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis

     Konfransın müzakirə mövzuları:

  • Yeni iqtisadi reallıqda rəqəmsal iqtisadiyyat iqtisadi və sosial inkişafın əsas drayveri kimi
  • Rəqəmsal texnologiyaların və süni intellektin hüquqi tənzimlənməsində müasir tendensiyalar
  • Rəqəmsal iqtisadiyyatda biznesin idarə edilməsi
  • Rəqəmsal iqtisadiyyat və  Ali təhsil sistemi: əsas tendensiyalar və maneələr
  • Rəqəmsal iqtisadiyyatın inkişafının beynəlxalq aspektləri
  • Rəqəmsallaşma meqatrend kimi iqtisadiyyatın maliyyə sektoru
  • Rəqəmsal səhiyyə: çağırışlar və perspektivlər
  • Enerjinin rəqəmsal transformasiyası

 KONFRANS MATERİALININ TƏRTİBATI QAYDALARI VƏ TƏLƏBLƏR 

Konfransın saytı: http://de-conf.unec.edu.az

Konfransın keçiriləcəyi ünvan: Bakı şəhəri, İstiqlaliyyət küç.6, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC).

Konfransın təşkilat komitəsi ilə əlaqə:

email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Telefon: (+99412) 4927298

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay