A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Elçin Eyvazov və “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri dosent Elşən Məmmədov “Azərbaycan məktəblərində 95 görüş” aksiyası çərçivəsində Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli, Cəfər Cabbarlı adına 1 nömrəli və Şabran şəhər T.Abbasov adına 1 nömrəli, Roman Yusifov adına 2 nömrəli, Samir Zülfüqarov adına 3 nömrəli və Məmmədağa Nəzirov adına 4 nömrəli  tam orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşüblər.

Görüşdə şagirdlərə Universitetin tarixi, missiyası, əsas dəyərləri, beynəlxalq reytinqlərdə mövqeyi, tərəfdaşlıq etdiyi ali təhsil müəssisələri, akademik heyəti və infrastrukturu, tədris olunan ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib. Həmçinin şagirdlər universitetdə kadr hazırlığı aparılan mühəndislik ixtisaslarının mahiyyəti, perspektivləri, onlara xidmət edən tədris və elmi-tədqiqat laboratoriyaları, məzunların karyera imkanları haqqında məlumatlandırılıb. Şagirdlər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR