Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Elçin Eyvazov və “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri dosent Elşən Məmmədov “Azərbaycan məktəblərində 95 görüş” aksiyası çərçivəsində Quba şəhər A.Məmmədov adına 2 nömrəli, H. Əliyev adına adına 1 nömrəli, H. Hüseynov adına 4 nömrəli və Qusar şəhər T.İsmayılova adına 6 nömrəli, N. Məmmədəliyev adına 3 nömrəli orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşüblər.
Görüşdə şagirdlərə Universitetin tarixi, missiyası, əsas dəyərləri, beynəlxalq reytinqlərdə mövqeyi, tərəfdaşlıq etdiyi ali təhsil müəssisələri, akademik heyəti və infrastrukturu, tədris olunan ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib. Şagirdlər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.