Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq UNEC Dizayn məktəbi Dizayn kafedrasının müəllimləri Namazova Nərminə və Nəcəfli Lalə “Azərbaycan məktəblərində 95 görüş” aksiyası çərçivəsində Nizami rayonu 251 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə görüşüblər.
Görüşdə şagirdlərə Universitetin tarixi, missiyası, bakalavr proqramları, beynəlxalq reytinqlərdə mövqeyi, tədris binaları, fakültələr, ixtisaslar, tərəfdaşlıq etdiyi ali təhsil müəssisələri, akademik heyəti və infrastrukturu, UNEC-də tətbiq edilən tədris prosesi və imtahanların təşkili, təqaüd proqramları, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatları, tələbələrin sosial həyatı, yaradıcılıq mərkəzi və s. barədə ətraflı məlumat verilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.