Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə təşkil olunan “Azərbaycan məktəblərində 95 görüş” aksiyası çərçivəsində Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov 225 nömrəli orta məktəbin yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.
Tədbir zamanı məktəblilərə UNEC-in tarixi, fakültələri, ixtisasları, təhsil imkanları, beynəlxalq proqramlar, tələbə həyatı, təqaüd sistemləri, Kitabxana-İnformasiya Mərkəzi və tələbə təşkilatları haqqında ətraflı məlumat verilib.
Görüş interaktiv formada keçib və şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.