A

Yuxarı sinif şagirdlərinə UNEC barədə məlumat vermək, onlara ixtisas seçimində dəstək olmaq məqsədilə universitetin nümayəndə heyətinin orta məktəblərə səfərləri davam edir.

Maliyyə və mühasibat fakültəsinin dekan müavinləri Anar Hüseynov və  Abdulkərim Sadıqov, “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti Azər Qarayev, “Mühasibat uçotu və audit” kafedrasının dosentləri Niyazi İsmayılov və Hafiz Hacıyev Bakıdakı 1, 46, 164, 211 və 240 nömrəli orta məktəblərə səfər ediblər.

Məktəblilərlə görüşlərdə onlara UNEC-in təhsil imkanlarından bəhs olunub. UNEC-ə I, II, IV və V ixtisas qrupları üzrə tələbə qəbulu həyata keçirildiyi, ixtisasların qazandırdığı üstünlüklər, daxili və xarici əmək bazarında tələbatı barədə məlumatlar verilib. Nümayəndə heyəti məktəblilərə universiteti daha yaxından tanımaq üçün “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət edib.

Görüşdə şagirdlərin UNEC-in təqaüd, UDİD, xarici universitetlərlə ikili diplom proqramları, ixtisaslar, keçid balları, məzunların işlə təmin olunması və digər sualları cavablandırılıb.

Məktəblərə səfər zamanı şagirdlərə UNEC-in tanıtım videoçarxı nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay