A

Yuxarı sinif şagirdlərinə UNEC barədə məlumat vermək, onlara ixtisas seçimində dəstək olmaq məqsədilə universitetin nümayəndə heyətinin orta məktəblərə səfərləri davam edir.

Ekspertiza və standartlaşdırma fakültəsinin dekan müavini, dosent Elçin Səmədov, “Qida məhsullarının texnologiyası” kafedrasının müdiri, dosent Mehriban Məhərrəmova və Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının ixtisas rəhbəri, dosent Sevinc Abbasova Abşeron rayonundakı 1, 5, 7, 8, 10 nömrəli, Masazır kənd 2 və 3 nömrəli və Qobustan kənd orta məktəblərinə səfər ediblər.

Məktəblilərlə görüşlərdə onlara UNEC-in təhsil imkanlarından bəhs olunub. Bildirilib ki, UNEC-ə I, II, IV və V ixtisas qrupları üzrə tələbə qəbulu həyata keçirilir və tədris 4 dildə aparılır. UNEC-in təqaüd, UDİD, xarici universitetlərlə ikili diplom proqramları, məzunların işlə təmin olunması ilə bağlı məlumatlar şagirdlərin daha çox marağına səbəb olub.

Məktəblərə səfər zamanı şagirdlərə UNEC-in tanıtım videoçarxı nümayiş etdirilib.

Görüşlərdə məktəblilərin UNEC-lə bağlı sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay