A

“Həftənin kitabı” layihəsi bu dəfə “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabını təqdim edir.

Kitabda Azərbaycan tarixi və onun zəngin mərhələlərindən birini təşkil edən alban xristian irsi və bu irsin ən zəngin nümunələrini yaşadan Qarabağ və Şərqi Zəngəzurun alban abidələrinin tarixi keçmişindən və bugünki vəziyyətindən bəhs olunub. Eyni zamanda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində keçən əsrin son illərinə qədər aşkar edilmiş və bir qismində elmi tədqiqat işləri aparılmış yüzdən artıq memarlıq abidəsi haqqında tarixi arayış verilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi olan kitabın müəllifi UNEC-in professoru, tarix elmləri doktoru Məhəbbət Paşayevadır.

Kitabı UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə etmək mümkündür.

TOP XƏBƏRLƏR