A

“Həftənin kitabı” layihəsi bu həftə “BIG DATA: Вся технология в одной книге ("Data for the People: How to Make Our Post-Privacy Economy Work for You") kitabını təqdim edir.

Kitabın müəllifi Andres Vaygend (Andreas Weigend), rus dilinə tərcümə edən S. Boqdanovdur. Andreas Vaigend, Big Data-nın gələcək fəaliyyəti üzrə tədqiqatlar aparan dünyanın aparıcı mütəxəssislərindən biri, Sosial Data Laboratoriyasının direktoru və Kaliforniyanın Berkli Universitetinin İT məktəbinin müəllimidir. “Alibaba”, “Goldman Sachs”, “Lufthansa”, “Thomson Reuters” şirkətlərinin iri məlumat strategiyasını hazırlayıb, “Amazon”un Big Data şirkətinin rəhbəri olub.

Sizin haqqınızda hər kəsin istədiyi zaman məlumat əldə edə biləcəyi bir dünyada necə yaşamaq olar? Bütün bu sualların cavabını məhz bu kitabdan ala bilərsiniz. Big Data eksperti olan müəllif bu istiqamətdə olduqca dolğun bir strategiya araşdırıb hazırlayıb. O, əmindir ki, bu "şüşədən divarları olan ev" özlüyündə təkcə böyük risklər deyil, həm korporasiyalar, həm də sıradan insanlar üçün heyrətamiz imkanlar daşıyır.

Big Data -dan istifadə edən innovativ şirkətlər bu kitab vasitəsi ilə

  • istifadəçi davranışını izləmək;
  • hər bir insanın maraq dairəsini müəyyənləşdirmək;
  • istehlakçı fikirlərini formalaşdırmaq

kimi xüsusiyyətləri öyrənə biləcəklər.

384 səhifəlik "Data for the People: How to Make Our Post-Privacy Economy Work for You" kitabının rus dilindəki “BIG DATA Вся технология в одной книге” tərcüməsi 2021-ci ildə RF Moskvanın “Эксмо” nəşriyyatında çapdan çıxıb. Oxucu-istifadəçilər əsəri UNEC KİM-in 24/7 Kitabxanasından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay