A

“Həftənin kitabı” layihəsi “Dünyanın unutduğu insanlar. The People the World Forgot” kitabını təqdim edir.

Kitabın müəllifi tarixi araşdırmaçı yazıçı R.Bahar Sonamdır.

Kitabda Azərbaycan torpaqlarının yadellilər tərəfindən işğal edilməsi, Azərbaycan xalqına qarşı törədilən qanlı faciələr, vəhşiliklərdən bəhs edən fotolar yer alıb. Həmçinin dünyanın güc dövlətlərinin toplandığı BMT-nin, Azərbaycanın Qarabağ torpaqlarından Ermənistanın qeydsiz-şərtsiz tərk etməsi barədə çıxardığı 822, 853, 874, 884 qətnamələrinin bu günə qədər icra edilməməsi xüsusilə vurğulanıb.

228 səhifəlik “Dünyanın unutduğu insanlar. The People the World Forgot” kitabı 2020-ci ildə“Adiloğlu” nəşriyyatında çapdan çıxıb. Oxucu-istifadəçilər kitabı UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay