A

“Creative Spark” layihəsi çərçivəsində qrant layihələrinin yazılması və sahibkarlıq sahəsi üzrə təhsilin təşkili mövzularında “Təlimçilər üçün təlim” keçirilib!

UNEC-də Creative Spark layihəsi çərçivəsində UNEC və Azərbaycan Turizm və Menecment Universitetinin müəllimləri üçün qrant layihələrinin yazılması və sahibkarlıq sahəsi üzrə təhsilin təşkili mövzularında “Təlimçilər üçün təlim (ToT)” keçirilib.

Təlimlər Qrinviç Universitetinin (University of Greenwich) biznes və turizm üzrə professoru Jithendran Kokkranikal tərəfindən aparılıb. Qrant layihələrinin yazılması və sahibkarlığın tədrisi istiqamətində əməkdaşlıq edəcək şəxslərlə təlimlərdə keçiriləcək mövzular müzakirə edilib, təlim modeli və nümunə tapşırıqlar hazırlanıb.

Görüşdə sahibkarlıq sahəsi üzrə müxtəlif bacarıqların ölçülməsi üçün hazırlanan sualların vahidliyi, bu prosesin daha da təkmilləşdirilməsinə dair müzakirə aparılıb.

Təlimin sonunda iştirakçılar mövcud qrant layihə çağırışları üzərində işləyərək, öz layihə ideyalarının təqdimatını həyata keçirlblər.

Xatırladaq ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İngiltərənin Qrinviç Universiteti ilə birlikdə Britaniya Şurasının dəstəyi ilə “Yaradıcı Qığılcım (Creative Spark)” layihəsini icra edir. Layihənin məqsədi Azərbaycanda sahibkarlıq və biznesin tədrisinin gücləndirilməsi və gənc sahibkarlar tərəfindən yaradılan startapların dəstəklənməsindən ibarətdir. Həmçinin, beynəlxalq inteqrasiya və əməkdaşlıqların təbliğatı istiqamətində sahibkarların və gənclərin ingilis dilini daha effektiv mənimsəməsi üçün British Council tərəfindən təşkil olunan ingilis dilinin rəqəmsal platformalar vasitəsilə öyrənilməsi bu layihədə öz əksini tapır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay