A

UNEC-də Tələbə Həmkarlar İttifaqı Komitəsi, Rəqəmsal Könüllülər Təşkilatıİdman klubunun təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunan fakültələrarası voleybol turniri keçirilib.

Yarışda 8 komanda iştirak edib. Həyəcanlı keçən turnirin qalibi Rus İqtisad Məktəbinin “Alov” komandası olub.

İkinci yerin sahibi Türk Dünyası İqtisad fakültəsinin (TUDİFAK) “Apex”, üçüncü yerin sahibi isə İqtisadiyyat və idarəetmə fakültəsinin “Qladiator” komandaları olub.

Sonda qalib komandaların üzvlərinə mükafatlar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay