A

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunan silsilə tədbirlər çərçivəsində tələbələrarası voleybol çempionatı keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin və UNEC Rəqəmsal Könüllülər Təşkilatının birgə təşkilatçılığı, UNEC İdman Klubunun dəstəyi ilə tələbələrarası voleybol çempionatı baş tutub. Tələbələrarası voleybol çempionatının keçirilməsinin məqsədi tələbələr arasında sağlam həyat tərzini təbliğ etmək, eyni zamanda, tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaratmaqdır. Bu turnir həmçinin komanda ruhunu və birlik hissini gücləndirməyə xidmət edir.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilən tələbələrarası voleybol çempionatında ümumilikdə 8 komanda iştirak etmiş və 3 komanda qalib olub:

I yer “Capibara” komandası- Mühəndislik fakültəsi

II yer “Favella” komandası- Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK)

III yer “Synaps” komandası- Biznes və menecment fakültəsi

Sonda qalib komanda üzvləri kubok, diplom, medallarla təltif olunublar.

TOP XƏBƏRLƏR