A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Mühasibat fakültəsinin tələbələrinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin əməkdaşları ilə görüşü keçirilib.

Fakültənin dekanı dosent Hafis Hacıyev tədbiri açaraq, Maliyyə Nazirliyinin müasir əmək bazarının tələblərinə cavab verən maliyyəçilərin hazırlanması istiqamətində universitetə göstərdiyi diqqətin əhəmiyyətini vurğulayıb. Bu görüşlərin “Maliyyə” və “Mühasibat” ixtisasları üzrə təhsil alan tələbələrin peşə kompetensiyalarının formalaşmasında və karyera inkişafında önəmli rol oynadığını qeyd edib.

Sonra Maliyyə Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Elman Hüseynov “Maliyyə Nazirliyində gənclərin karyera inkişafı imkanları”, Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin direktor müavini Zaman Hüseynov “Maliyyə Nazirliyinin fəaliyyət istiqamətləri”, Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Rəna Hüseynova “Maliyyə Nazirliyinin onun karyera inkişafında rolu”, İnsan resurslarının idarə edilməsi şöbəsinin sektor müdiri Aytən İsmayılova “Maliyyə Nazirliyində əməkdaşların peşəkar inkişafı” və İnsan resurslarının idarə edilməsi şöbəsinin aparıcı məsləhətçisi Ləman İsmayılova “Maliyyə Nazirliyində işə qəbul prosesi” mövzularında geniş təqdimatlarla çıxış ediblər.

Diskussiya şəklində davam edən tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay