A

Cari tədris ilindən ilk dəfə olaraq DQƏTM-nin Qiyabi təhsil şöbəsinin payız mühazirə-məşğələ sessiyasında UNEC-in TKQİƏM-in nəzdində fəaliyyət göstərən Keyfiyyət elçiləri dərslərin monitorinqlərinə başlamışlar.

Monitorinq prosesi payız mühazirə-məşğələ sessiyasının ilk günündən, 7 yanvar tarixindən başlanmış və dərs prosesinin sonunadək, 30 yanvar tarixinə kimi davam edəcəkdir. Sessiyanın son günlərində keyfiyyət elçiləri tərəfindən həyata keçirilən monitorinq prosesində DQƏTM-nin direktoru Səbuhi Tanrıverdiyev və TKQİEM-nin şöbə müdiri, UNEC-də keyfiyyət elçiləri qrupunun rəhbəri Sevda Sərdarova da iştirak etmişlər.

DQƏTM-nin direktoru Səbuhi Tanrıverdiyev cari tədris ilindən başlayaraq keyfiyyət elçilərinin qiyabi təhsil şöbəsinin dərslərində monitorinqlərə başlması prosesinin tədrisin keyfiyyətinin yüksəlməsinə təsirini müsbət qiymətləndirmiş, keyfiyyət elçilərinin dərslərdə aktiv iştirakını vurğulamış və bu semestr ərzində şöbədəki fəaliyyətlərindən razı qaldığını bildirmişdir.

Qeyd etmək istərdik ki, UNEC-də keyfiyyətli tədrisin təşkili ilə əlaqədar qəbul edilən qərarların və müəyyən edilən standartların universitetin fakültələrində icrasına nəzarət etmək, icra vəziyyəti haqqında hesabatlar hazırlamaq, mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflər vermək və bu sahədə olan bütün məsələlərin həllini həyata keçirmək məqsədilə müəyyən fakültələr üzrə keyfiyyət elçiləri müəyyən edilmişdir. 

TOP XƏBƏRLƏR