Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bakalavr və magistrlərinə təqaüdlərin verilməsi haqqında UNEC rektoru müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə görə, bakalavriat səviyyəsi üzrə I-IV təhsil ili və magistratura səviyyəsi üzrə I-II təhsil ili üçün 01.02.2020-ci il tarixindən 01.07.2020-ci il tarixinədək təqaüdlər veriləcək.

UNEC-in Elmi Şurasının 29.05.2015-ci tarixli Qərarına əsasən, 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə görə, bakalavr səviyyəsində hər təhsil illərinə müvafiq olaraq ən çox bal toplayan 15 tələbəyə əlavə olunan cədvəl üzrə universitetin vəsaiti hesabına əlaçı təqaüdü həcmində təqaüd veriləcək.

Cədvəl-magistr

Cədvəl-bakalavr 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay