Tələbələrin tədris prosesi ilə bağlı yaranmış probleminin operativ həll edilməsi, eləcə də bu istiqamətdə müraciətlərinin cavablandırılması məqsədilə Tədrisin Metodiki və Keyfiyyət Təminatı Mərkəzi tərəfindən Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanı yaradılıb. 

Belə ki, tələbələr şəxsi kabinetlərinə yüklənmiş sillabus, mühazirə mətnləri və təqdimatlarındakı uyğunsuzluq, texniki problemlər (məsələn şrift problemi), aralıq və ya sessiya imtahanlarında təqdim edilən sualların dərs materialları ilə uyğunsuzluğu və digər bu kimi məsələlərlə bağlı sual və şikayətləri olduğu halda qeyd edilən elektron ünvanına müraciət edə biləcəklər. Daxil olan müraciətlər aidiyyatı üzrə araşdırılaraq, müvafiq strukturlara yönəldiriləcək və nəticəsi barədə tələbəyə məlumat veriləcək.

QEYD: Müraciətlərə vaxtında baxılması və problemlərin operativ şəkildə araşdırılması üçün təhsilalanların özləri haqqında məlumatlarının (ad, soyad, ata adı, qrup nömrəsi, ixtisas və fakültəsinin adı) düzgün şəkildə qeyd edilməsi vacibdir.

TOP XƏBƏRLƏR