A

Yunanıstanın Qərbi Makedoniya Universitetinin professoru Evangelos Siskos Erasmus+ mübadilə proqramı çərçivəsində UNEC-də olub.

UNEC rektoru professor Ədalət Muradovla görüşən prof. E.Siskos UNEC ilə Qərbi Makedoniya Universitetinin reallaşdırdığı birgə magistr proqramı, eləcə də gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıblar.

Səfər çərçivəsində yunanlı professor UNEC-in Rus İqtisad Məktəbinin professor-müəllim heyəti ilə də görüşüb. Həmçinin “Yunanıstan iqtisadiyyatının inkişafında Avropa İttifaqının rolu: təcrübə və dərslər” mövzusunda müəllim və tələbələr qarşısında çıxış edib. Alim dünya enerji bazarlarında baş verən yeni tendensiyaların Yunanıstanın enerji sektoruna təsirindən, Yunanıstanın Avropa İttifaqının enerji siyasətinin həyata keçirilməsindəki yeri və rolundan danışıb. Xüsusi olaraq, enerji sahəsində Azərbaycan-Yunanıstan əməkdaşlığının imkanları vurğulanıb və bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin yolları müzakirə olunub.

Məruzə kafedranın professor-müəllim heyəti və mühazirədə iştirak edən tələbələr tərəfindən çox böyük maraqla qarşılanıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay