A

UNEC EFTİED-nin Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, doktorant və gənc siyasi tədqiqatçı Nərgiz Hacıyeva dünyanın ən nüfuzlu beynəlxalq siyasi təşkilatlarından biri olan Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının Qrant Komissiyasının elan etdiyi konqres qrantına layiq görülüb.

Qarabağla bağlı elmi məqalənin aktuallığı və keyfiyyətinə dünya üzrə 560 namizəd içərisindən mükafata layiq görülən gənc tədqiqatçı, iyulun 15-19 tarixlərində Argentinanın paytaxtı Buenos-Aires şəhərində Beynəlxalq Siyasi Elmlər Assosiasiyası tərəfindən keçiriləcək 27-ci Dünya Siyasi Elmlər Konqresində iştirak edəcək. Nərgiz Hacıyeva konqresdə “İşğal dövründə Qarabağda əqli mülkiyyət hüquqlarının pozulmasının siyasi aspektləri” mövzusunda çıxış edəcək.

Qeyd edək ki, Nərgiz Hacıyeva nüfuzlu beynəlxalq təşkilat olan Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının Azərbaycan üzrə üzvüdür.

TOP XƏBƏRLƏR