A

UNEC-in Mühəndislik fakültəsinin “Qida mühəndisliyi” ixtisasının rəhbəri dosent Mehriban Məhərrəmova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaş və tələbələri qarşısında “Ənənəvi qida məhsullarının sağlam qidalanmada rolu və əhəmiyyəti” mövzusunda maarifləndirici mühazirə ilə çıxış edib.

Mehriban Məhərrəmova Azərbaycanda ənənəvi qida məhsullarından, ölkənin qədim və zəngin mətbəxindən, ənənəvi qida fəlsəfəsinə sahib olan ölkəmizin süfrə mədəniyyətindən, qədim adət-ənənələrindən, qida fiziologiyası, gigiyenası, etikası, estetikası və başqa mövzularda geniş məlumat verib. Aktual və elmi populyar mövzuya həsr olunan mühazirə ətrafında aparılan müzakirələrdə “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Gülnisə Abbasbəyli iştirak edib.

Sonda mühazirə ilə bağlı verilən suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay