A

UNEC-in “İqtisadiyyat” kafedrasının müdiri dos. Suqra Hümbətova Macarıstanın Obuda Universitetində 1 ay müddətində “qonaq professor” olaraq tədqiqat aparacaq.

UNEC Xanım Tədqiqatçılar Şurası ilə Obuda Universitetinin birgə elmi əməkdaşlığı çərçivəsində Macarıstanda olan Suqra Hümbətovanın apardığı tədqiqat “Macarıstan və Azərbaycan nümunəsində yaşıl iqtisadiyyatın təhlili” mövzusunda olacaq. O, tədqiqatı Obuda Universitetinin “Biznes və menecment” kafedrasının rəhbəri, Xanım Tədqiqatçılar Şurasının tədqiqatçısı Monika Garai Fodor ilə birgə aparacaq.

S.Hümbətovanın elmi tədqiqatı Obuda Universitetinin malyyə dəstəri ilə həyata keçiriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay