A

UNEC-in professoru, Əməkdar elm xadimi Arif Şəkərəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Professor Arif Şəkərliyev Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə yubiley medalına layiq görülüb.

Yubiley medalı Elm və təhsil naziri Emin Əmrullayev tərəfindən UNEC professoruna təqdim olunub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay