A

UNEC Rus İqtisad Məktəbinin direktor müavini Leyla Hacıyeva və katibi İradə Paşayeva Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən “Təhsil və karyera XXIII Qazaxıstan Beynəlxalq Sərgi”sində iştirak ediblər.

Qazaxıstan, Özbəkistan, Rusiya, Azərbaycan, Litva, Polşa, İran, Türkiyə, Yunanıstan, Çexiya və Maltadan olan ali təhsil müəssisələrinin və təhsil agentliklərinin nümayəndələri də qatılan beynəlxalq sərgidə UNEC nümayəndələri iştirakçılara universitet haqqında danışıblar. Onlar iştirakçılara universitetin təhsil imkanları, fakültələri, ixtisasları, əyani və qiyabi təhsil, filiallar, elektron universitet modeli, ikili diplom və mübadilə proqramları, xüsusi təqaüdlər və s. barədə ətraflı məlumat veriblər.

Kaunas Texnologiya Universiteti (KTU), Webster Universitetinin Daşkənd filialı, Qazaxıstan Milli Aqrar Tədqiqat Universiteti (KazNARU), Qazaxıstanın Turan Universiteti, Qazaxıstanın Narxoz Universiteti, Mərkəzi Asiya Universiteti (UCA), Polşanın Logistika və Nəqliyyat Beynəlxalq Universiteti (Vrotslav), Lomonosov adına Moskva Dövlət Universitetinin Qazaxıstan filialı, A.S.Puşkin adına Leninqrad Dövlət Universiteti nümayəndələri ilə UNEC arasında potensial əməkdaşlıq imkanlarının müzakirələri aparılıb.

Eyni zamanda, Əl-Fərabi Qazax Milli Universitetinin professor-müəllim heyəti ilə görüş keçirilib, iki universitet arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunaraq, əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

TOP XƏBƏRLƏR