A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti Az-Granata MMC-də olublar.

Texnologiya və Dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov, Texnoloji maşınlar və sahə avadanlıqları və Qida məhsullarının texnologiyası kafedralarının professor-müəllim heyəti müəssisədəki ən müasir emal üsullarına malik texnoloji proseslərlə tanış olublar. 

Sonra Az-Granata MMC-nin icraçı direktoru Vüqar Mikayılov, alkaqollu içkilər üzrə icraçı direktoru Rövşən Fərhadov və müəssisənin meyvə şirələri üzrə istehsalat rəisi Ramin Əlifov UNEC əməkdaşlarına zavod haqqında ətraflı məlumat verib. 

Bildiriblər ki, zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz edilib. Müəssisənin 450 hektar üzüm və 400 hektar nar bağları var. Nar bağları orqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır.

Görüşün sonunda UNEC-lə Az-Granata MMC arasında tədris, elm və təcrübə sahəsində əməkdaşlıq haqqında müqavilə bağlanması barədə razılıq əldə edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay