A

UNEC-in 95 illik yubileyi ilə bağlı tədbirlər planına uyğun olaraq “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının təşkilatçılığı ilə Anım tədbiri keçirilib.

Tədbirdə “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov çıxış edərək professor Rafiq Hüseyn oğlu Мəmmədovun həyatı və elmi-pedoqoji fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib. 

Sonra UNEC-in fəxri professoru, dosent Validə Mehdiyeva uzun müddət Rafiq müəllimlə bir kafedrada çalışdığını, onun alim, rəhbər və ailə başçısı kimi müsbət keyfiyyətlərini qeyd edərək öz xatirələrini bölüşüb.

Tədbirdə mərhum professor Rafiq Məmmədovun qızı UNEC-in “Xarici dillər” kafedrasının baş müəllim Sevinc Qaibova öz adından və ailə üzvlərinin adından UNEC rəhbərliyinə və tədbir təşkilatçılarına öz təşəkkürünü bildirərək belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vuğulayıb.

Sonda Rafiq Мəmmədovu yaxından tanıyan və onun rəhbərlik etdiyi kafedrada çalışmış digər əməkdaşlar da çıxış edərək, onun haqqında öz xoş xatirələrini bölüşüblər.  

TOP XƏBƏRLƏR