A

UNEC-in 95 illik yubileyi ilə bağlı Tədbirlər Planı çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsi və "İqtisadiyyat" kafedrasının birgə təşkilatçılığı ilə görkəmli alimlər Şöhrət ordenli Əməkdar Elm Xadimi prof. Tofiq Əvəz oğlu Quliyevin və Əməkdar müəllim prof. Məmmədhəsən Xanlar oğlu Meybullayevin anım tədbirləri keçirilib.

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos. Elçin Eyvazov və “İqtisadiyyat” kafedrasının müdiri, dos. Suqra Hümbətova elm xadimlərinin elmə töhfələri, zəngin elmi fəaliyyəti, yaradıcılığı, pedoqoji fəaliyyəti, iqtisad elmində xüsusi yanaşmaları və dərin izlər qoyan araşdırmaları barədə iştirakçılara ətraflı məlumat veriblər.

Tədbir iştirakçıları prof. Tofiq Quliyev və prof. Məmmədhəsən Meybullayevin xatirələrini ehtiramla yad edərək, onların elm və təhsilə verdiyi töhfələrin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıblar. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay