×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder e4007fced64050105533db625a516a03-cache-page-c1715136030c48efdbf5232cae959e44.php silmək alınmadı


A

UNEC müəllimi Qazaxıstanın Türkistan şəhərində keçirilən “Beynəlxalq İctimai Elmlər Konqresi 3-cü Türkistan Forumu: Qloballaşma Prosesində Türk Dünyasının Gələcəyi, Fürsətlər və Təhlükələr” adlı beynəlxalq simpoziumda iştirak edib. Simpozium Xoca Əhməd Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin təşkilatçılığı ilə keçirilib.

UNEC-in Türk Dünyası İşlətmə Fakultəsinin (TUDİFAK) baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərov “Qlobal və regional tarazlıqlar çərçivəsində Azərbaycan – Qazaxıstan münasibətləri” mövzusunda məruzə ilə çıxış edib. UNEC müəllimi məruzəsində qloballaşan dünyada türk dünyasının qaşılaşdığı fürsət və risklərdən və bu prosesin uğurla keçilməsində Azərbaycan-Qazaxsıtan əməkdaşlığının önəmindən danışıb. UNEC müəllimi çıxışında dəyişən qlobal və regional tarazlıqlar kontekstində ikitərəfli əməkdaşlıqla yanaşı, Türkiyə-Azərbaycan-Qazaxıstan xəttinin strateji önəmini və Türk Konseyinin rolunu xüsusi qeyd edib. N.Cəfərov məruzəsində iki ölkənin daha sıx əməkdaşlığı üçün yeni təkliflər də səsləndirib.

Ümumilikdə dünyanın 10 ölkəsindən 100-dən çox aliminin iştirak etdiyi simpozium maraqlı məruzə və müzakirələrlə yadda qalıb. Üç gün davam edən elmi müzakirələrdən sonra beynəlxalq simpozium Yesevi Unversitetinin Türk Dünyası ansamblının konserti  ilə yekunlaşıb.

 

TOP XƏBƏRLƏR