A

UNEC-in Əmtəəşünaslıq fakültəsində yeni müddətə seçilən professor-müəllim heyətinin andiçmə mərasimi keçirilib.

Fakültənin dekanı, dosent Tofiq Osmanov və “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri, professor Əli Həsənov yeni seçilən dosent, baş müəllim və müəllimləri təbrik edərək, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb, müəllim adını hər zaman uca tutmalarını tövsiyə ediblər.

Sonra seçkidən uğurla keçən müəllimlər and içərək, Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacaqlarını, keyfiyyətli təhsil xidməti göstərəcəklərini, müəllim adını və şərəfini uca tutacaqlarını bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay