A

UNEC Gənc Müəllimlər Şurası (GMŞ) açıq dərslərə start verib.

İlk açıq dərs UNEC-in Gənc Müəllimlər Şurasının İdarə Heyətinin üzvü, “Texnoloji maşınlar və sahə avadanlığı” kafedrasının dosenti Nurlanə Kərimovanın tədimatında “Boru kəməri və onun təsnifatı” mövzusunda keçirilib. Açıq dərsdə Texnologiya və dizayn fakültəsinin və fakültə daxilində olan kafedraların rəhbərliyi, UNEC Gənc Müəllimlər Şurasının üzvləri və universitetin digər müəllimləri iştirak ediblər.

Dərsdə boru kəmərlərinin əhəmiyyəti və istifadəsi məqsədləri, istismar müddəti, yüksək təzyiqli boru kəmərlərinin hesabatlarının aparılması qaydaları, korroziyadan mühafizəsi üsulları, yüksək təzyiqli qaz kəmərində təzyiq itkisi, maye və cismin boru üzrə hərəkəti məsələləri kimi mühüm məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda GMŞ-nin İdarə Heyətinin sədri, Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev müəllimin auditoriyada yüksək interaktivliyi təmin etməsi və müasir tədris metodlarından istifadədə yüksək profesionallıq nümayiş etdirməsini yüksək qiymətləndirib. O, auditoriyanın xüsusi marağına səbəb olan açıq dərslərin UNEC-in digər kafedralarında da təşkil olunacağını diqqətə çatdırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay