A

UNEC müəllimləri Türk respublikalarının müstəqillik dövründə keçdikləri yolun araşdırılması ilə bağlı beynəlxalq layihədə ekspert kimi töhfə vermişlər.

UNEC-in Maliyyə və Muhasibat Fakültəsinin dekanı dos. Gəray Musayev, Türk Dünyası İqtisad Fakültəsinin müəllimləri Dr. Nazim Cəfərov və Araz Aslanlı Ahmet Yesevi Beynəlxalq Universiteti tərəfindən həyata keçirilən “Müstəqilliklərinin 27-ci ilində Türk Respublikaları” adlı layihədə Azərbaycan Respublikası ilə bağlı hissənin araşdırılmasında iştirak etmişlər.

Qeyd edək ki, layihə çərçivəsində 1991-ci ildən 2018-ci ilə qədərki mərhələdə Azərbaycanın iqtisadi, siyasi, hərbi, xarici siyasət, təhsil və s. sahələrdə keçdiyi yol araşdırılmışdır. Ölkəmizin bu müddətdə müxtəlif istiqamətlərdə qazandığı uğurlar təhlil edilmiş, həllini tapmamış ən ciddi problemin Azərbaycan ərazilərinin Ermənistan işğalı altında qalması olduğu qeyd edilmişdir.

Layihənin yekun hesabatı Ahmet Yesevi Beynəlxalq Universiteti tərəfindən nəşr edilmişdir.

TOP XƏBƏRLƏR