A

Azərbaycan Kulinarlarının Respublika Forumu çərçivəsində Təhsil alan Gənc Kulinarların III Şirniyyat Festivalı keçirilib.

Festivalda UNEC-i Texnologiya və dizayn fakültəsinin “Qida məhsullarının texnologiyası” kafedrasının müdiri, dosent Mehriban Məhərrəmova, kafedranın dosenti Elza Omarova, fakültənin baş mentoru Könül Rəhimova və tələbələrdən  Səbinə Tağıyeva, Ceyla Allahverdiyeva, Nahid Abdullayev təmsil ediblər.

UNEC-in “Qida məhsullarının texnologiyası” kafedrası festivalda I yerə layiq görülərək qalib olub.

Tədbirdə iştirak edən müəllim və tələbələr də diplomla təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay