A

UNEC-in gənc müəllimi, Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin əməkdaşı, doktorant Nərgiz Hacıyevanın siyasi məqaləsi İsveçrənin nüfuzlu Surix Universitetinin Siyasi elmlər və beynəlxalq hüquq departamenti tərəfindən çap olunub.

Azerbaijan fighting on two fronts: Covid-19 and Nagorno-Karabakh War" (İki cəbhədə vuruşan Azərbaycan: Dağlıq Qarabağ müharibəsi və Covid-19) adlı siyasi məqalə İsveçrənin Surix Universitetinin "Covid-19 ilə bir il və Demokratiya" adlı kitabında dərc olunub. Sözügedən məqalədə müəllif Azərbaycanda Covid-19 pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən, pandemiya dönəmində ölkəmizə beynəlxalq və regional təşkilatlar tərəfindən edilən maliyyə yardımlarından, eləcə də Vətən müharibəsi dövründə Azərbaycan xalqının birlik mübarizəsindən və möhtəşəm qələbəsindən bəhs olunub. 

Qeyd edək ki, Nərgiz Hacıyeva İsveçrə Surix Universitetinin Siyasi Elmlər və Beynəlxalq hüquq departamentinin nəzdində yaradılmış "Democracy - NET" gənc alimlər şəbəkəsinin fəxri üzvü və tədqiqatçısıdır.

TOP XƏBƏRLƏR