A

“Gələcək üçün Bacarıqlar” layihəsinə qoşulan UNEC-in "İqtisadiyyatın tənzimlənməsi " kafedrasının müəllimi Zeynəb Qiyasova mentorluq proqramı haqqında təəssüratlarını bölüşüb. O, həm də bu layihə üzrə UNEC-də mentor olaraq ixtisaslaşmış dörd müəllimdən biridir.

Xatırladaq ki, “Gələcək üçün Bacarıqlar” layihəsi ASAN İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir və ölkəmizdə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi üçün əlverişli ekosistem yaratmağı hədəfləyir.

2021-ci ilin aprel ayından həyata keçirilən layihənin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startapçı kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

2022-ci ildən layihənin fəaliyyət dairəsinin daha da genişləndirilməsi, növbəti komponent olan inkubasiya proqramının həyata keçirilməsi nəzərdə tutulur.

“Gələcək üçün bacarıqlar” mentorluq proqramı

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay