A

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin "Gələcək üçün bacarıqlar: Gələcək üçün birgə" adlı hesabat tədbiri təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Texnologiya Universitetinin prorektoru Yaşar Ömərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Xəzər Universitetinin rektoru İradə Xəlilova, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və digər şəxslər iştirak ediblər.

"Gələcək üçün bacarıqlar” layihəsi, mentorluq və “Tusi - 2 C” inkubasiya proqramları barədə hesabat təqdim olunub. Təhsildə innovasiya fəaliyyətinin təşkili, tələbələrin və müəllimlərin bilik və bacarıqlarının artırılması və s. istiqamətlərdə fikirlər səsləndirilib, layihə çərçivəsində həyata keçirilmiş və yeni başlayacaq işlər barədə məlumat verilib.

Sonra səmərəli fəaliyyəti ilə fərqlənən və mentorluq proqramını uğurla başa çatdıran müəllimlərə, əməkdaşlara sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR