A

UNEC-in əməkdaşı, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyeva Bern Universitetinin İsveçrə Siyasi Elmlər Assosiasiyasının və Birləşmiş Krallığın Birmingem Universitetinin Hüquq Məktəbinin nəzdində fəaliyyət göstərən Sosial-Hüququ Tədqiqatlar Assosiasiyasının (Socio-Legal Studies Association) tədqiqatçı üzvü seçilib.

Nərgiz Hacıyeva hər iki assosiasiyada Azərbaycanı təmsil edən ilk xanım siyasi tədqiqatçıdır.

QEYD. SLSA - Sosial-Hüquqi Tədqiqatlar Assosiasiyası 1990-cı ildə Böyük Britaniyada yaradılıb və sosial-hüquq sahəsində alimlərinin elmi işlərini yayan, onları müvafiq müzakirələr ətrafında toplayan assosiasiyadır.

SPSA– İsveçrənin Bern şəhərində fəaliyyət göstərən İsveçrə Siyasi Elmlər Assosiasiyası politoloqların əsas və tanınmış tədqiqat şəbəkəsi institutudur. SPSA işçi qrupu müxtəlif alt sahələrdən olan siyasi tədqiqatçı və alimləri bir platformada toplayaraq, onlara siyasi elmlərin aktual müzakirələrini aparmaq imkanı yaradır.

TOP XƏBƏRLƏR