Ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının seçim turu keçirilib.
Bədii yaradıcılıq müsabiqə festivalının keçirilməsinin məqsədi gəncləri milli vətənpərvərlik ruhunda hazırlamaq, onları mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək , incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.
UNEC-də keçirilən seçim turunda UNEC tələbələri musiqi parçaları və rəqs nömrələri ilə çıxış ediblər. Tələbələrin çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra, qalib gələnlər final mərhələsində iştirak edəcəklər.
Bədii yaradıcılıq müsabiqəsi UNEC HİK və THİK-in dəstəyi ilə təşkil olunub.
Festivalın final mərhələsi may ayının 6-da Heydər Əliyev Sarayında keçiriləcək.