UNEC-in Mühəndislik fakültəsinin tələbələri mentorları dosent Günəş Nəsrullayeva ilə birlikdə Heydər Əliyev Mərkəzində ekskursiyada olublar.
Tələbələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında məlumatlar verilib.
Eyni zamanda tələbələrə ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzin fəaliyyəti haqqında da məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin tədqiqi və təbliği, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi, mədəniyyəti, dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də yerli, regional və beynəlxalq konfrans, simpoziumların keçirilməsi istiqamətində fəaliyyət göstərir.