13-15 sentyabr 2024-cü il tarixlərində Türkiyənin Balıkesir Universitetində Balıkesir Tətbiqi Elmlər Konqresi keçiriləcək.

Konqres elm və təcrübə sahələrində aparılan tədqiqatları və yenilikləri müzakirə etmək üçün beynəlxalq bir platforma olaraq təşkil edilir.

Konqres çərçivəsində iqtisadiyyat, idarəetmə, maliyyə, biznes, kənd təsərrüfatı, informasiya texnologiyaları, enerji, ətraf mühit elmləri və bir çox digər sahələrə dair mövzular əhatə ediləcəkdir.

Ətraflı məlumat və qeydiyyat üçün https://ibas-con.balikesir.edu.tr/ linkinə daxil olmaq mümkündür.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay