A

UNEC-in institutsional Scopus profilində 20 oktyabr 2021-ci il tarixinədək 449 indekslənmiş elmi əsər və 236 müəllif profili mövcuddur.

UNEC əməkdaşları bazada indekslənən elmi əsərlərində fəaliyyət göstərdiyi ali təhsil müəssisəsi kimi “Azerbaijan State University of  Economics (UNEC)” qeyd etdikdə əsər avtomatik olaraq Scopus bazasının UNEC profili ilə əlaqələndirilir. Bəzən müəllif profillərinin institusional profili ilə əlaqələndirilməsində problemlər yarana bilər və tədqiqatçı “Azərbaycan Dövlət İqtisad Universiteti nümayəndələrinin (UNEC) Scopus müəllif profilləri” siyahısına daxil edilməyə bilər.

Bu zaman UNEC tədqiqatçılarından aşağıdakı sənədləri Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim etmələri xahiş olunur.

  1. Məqalənin adı
  2. Jurnalın adı (həmin məqalənin çap olunduğu)
  3. Məqalənin jurnaldakı linki

Bununla yanaşı, hər bir UNEC əməkdaşının Scopus müəllif profili fəaliyyət göstərdiyi kafedranın siyahısına əlavə olunub.

Linkə keçid edərək https://unec.edu.az/azerbaycan-dovlet-iqtisad-universiteti-unec-akademik-profiller/ kafedralar üzrə müəllif profilləri ilə tanış olmaq mümkündür.

TOP XƏBƏRLƏR