Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi-pedaqoji heyəti, doktorant, dissertant, magistr və tələbələri Scopus bazasından məsafəli istifadə hüququnu (universitetdən kənar ərazidə) əldə etmək üçün ilk olaraq www.scopus.com səhifəsindən qeydiyyatdan keçməli, daha sonra Scopus səhifəsinin interfeysinin yuxarı sağ küncündəki universitet işarəsini klikləyərək “Check access” düyməsini seçib tələb olunan məlumatları əlavə etməlidir.

Qeydiyyatdan keçmək üçün təlimat videosunu təqdim edirik

UNEC professor-müəllim heyətinin qeydiyyatdan rəsmi elektron poçt ünvanı (nümunə: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) ilə keçməsi arzuolunandır. 

Belə ki, müəllif Scopus bazasından qeydiyyatdan keçdiyi istifadəçi adı və şifrəsini Elsevier, Science Direct, Mendeley, Research Academy səhifələrinə giriş edərkən də “Daxil ol” hissəsinə yazaraq istifadə edə biləcəkdir. Bu xidmətlər haqqında məlumatı təlimat videosundan əldə etmək mümkündür. Ancaq Scopus müəllif pofili tədqiqatçının məqaləsi Scopus bazasında indeksləşdiyi zaman Elsevier şirkəti tərəfindən yaradılır və idarə olunur.

Scopus bazasından qeydiyyatdan keçdiyi gün daxil olmaqla birillik məsafəli istifadə hüququ təmin olunan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nümayəndələrinin SİYAHISI  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay