17 oktyabr 2022-ci il tarixində saat 11:00-da UNEC-in əsas binasında (Ağ zalda) “Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycanda insan həyatı və sağlamlığına dəyən zərər əsasında potensial itkilər” mövzusunda İAETİ-nin yerinə yetirdiyi elmi-tədqiqat işinin təqdimat mərasimi keçiriləcək.
Tədbirdə “Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycanda insan həyatı və sağlamlığına dəyən zərər əsasında potensial itkilər”ə dair metodoloji yanaşmalar öyrənilmiş və seçilmiş metodologiya əsasında aparılmış qiymətləndirmələr təqdim olunacaqdır.
Məruzəçi: UNEC-in nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun böyük elmi işçisi, i.ü.f.d. dos. Fərhad Mikayılov.
Tədbirə UNEC-in professor-müəllim heyəti, müvafiq dövlət qurumlarının nümayəndələri, tədqiqatçılar və bütün maraqlanan mütəxəssislər dəvət olunurlar.