A

UNEC-in 95 illik yubileyinə dair tədbirlər çərçivəsində Rus İqtisad Məktəbinin nəzdindəki "Tətbiqi iqtisadiyyat" kafedrasının müəllimləri Nəzirə Hüseynova və Məmmədova Leyla Nizami rayonu Kamil Əliyev adına 61 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.

Görüşdə tələbələrə Universitetin və fakültənin infrastrukturu, tədris olunan ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib. Şagirdlər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR