Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Mühəndislik fakültəsinin dekanı dos. Elçin Səmədov və “Mühəndislik və tətbiqi elmlər” kafedrasının ixtisas rəhbəri dosent Azər Məmmədov “Azərbaycan məktəblərində 95 görüş” aksiyası çərçivəsində Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli, Z.Bünyadov adına 2 nömrəli, C.Babayev adına 3 nömrəli və 5 nömrəli tam orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşüblər.
Görüşdə şagirdlərə Universitetin tarixi, missiyası,beynəlxalq reytinqlərdə mövqeyi, tərəfdaşlıq etdiyi ali təhsil müəssisələri, akademik heyəti və infrastrukturu, tədris olunan ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib. Həmçinin şagirdlər universitetdə kadr hazırlığı aparılan mühəndislik ixtisaslarının mahiyyəti, perspektivləri, onlara xidmət edən tədris və elmi-tədqiqat laboratoriyaları, məzunların karyera imkanları haqqında məlumatlandırılıb.
Sonda şagirdlər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunub, onları maraqlandıran suallar cavablandırılıb.